“Neftçi”nin xorvatiyalı sabiq hücumçusu Mahir Emrelinin son qərarına nə şərh verdi?

17 Fevral 2023 02:20 Bizimkilər 841
“Neftçi”nin xorvatiyalı sabiq hücumçusu Mahir Emrelinin son qərarına nə şərh verdi?

"Mahir "Dinamo"da az-az oynayırdı.

Hər halda, o, "Konyaspor"a keçidinin daha doğru olduğuna qərar verdi. Bizə də ona ancaq uğurlar arzulamaq qalır".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Tomislav Vişeviç deyib.

Azərbaycanda “Neftçi” və “Olimpik”(Bakı) klublarında oynamış xorvatiyalı hücumçu Mahir Emrelinin "Dinamo"dan ayrılaraq "Konyaspor"a icarəyə yollanmasını şərh edib.

Hazırda məşqçi kimi fəaliyyət göstərən Vişeviç Emrelinin Zaqreb klubundakı şanslarını dəyərləndirib:

"Türkiyədəki karyerasının necə alınacağını zaman göstərəcək. Ümid edirəm ki, “Konyaspor”dakı karyerası da yaxşı alınacaq. Yayda isə "Dinamo"ya geri dönərək əsas heyətdə oynayacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!