İran çempionatında 20-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, "Traktor" Təbrizdə "Aluminium Arak"ı qəbul edib.
Qarşılaşma 0:0 başa çatıb.
20 turdan sonra aktivində 23 xal olan Cənubi Azərbaycan klubu turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Təbriz təmsilçisi lider "Sepahan"dan 6 xal geri qalır.
Təbrizli azərkeşlər stadionda Türkiyəyə möhtəşəm dəstək nümayiş etdiriblər. “Acınız acımız, sevinciniz sevincimizdir. Türkiyə, başın sağ olsun” şüarları səsləndiriblər.
Görüntüləri təqdim edirik:

