Azərbaycanlı xilaskar axtarışa çıxdı, ayağı sındı - VİDEO

16 Fevral 2023 08:30 Bizimkilər 559
Azərbaycanlı xilaskar axtarışa çıxdı, ayağı sındı - VİDEO

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

Bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!