“Belə vidalaşacağımı heç düşünməmişdim” - Millimizin müdafiəçisindən ayrılıq sözləri

16 Fevral 2023 00:50 Bizimkilər 720
“Belə vidalaşacağımı heç düşünməmişdim” -  Millimizin müdafiəçisindən ayrılıq sözləri

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Emre Kaplan Türkiyənin "Adanaspor" klubundan ayrılıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı müdafiəçi bu barədə rəsmi instaqram hesabında bildirib.

O, bölgə təmsilçisi I Liqada çıxışını dayandırdığı üçün bu addımı atdığını vurğulayıb:

"Sizinlə belə vidalaşacağımı heç düşünməmişdim. Hazırkı psixoloji durumu təsvir etmək üçün söz tapmaqda çətinlik çəkirəm.

Klub prezidentinə, İdarə Heyətinə, əməkdaşlara, futbolçu dostlarıma və böyük "Adanaspor" azarkeşlərinə təşəkkür edirəm. Ümid edirəm ki, daha yaxşı günlərdə görəşəcəyik".

Emre Kaplan daha əvvəl Azərbaycanın U-19 millisində də mübarizə aparıb. Müdafiəçi həm U-19, həm də U-21-də 3 rəsmi matçda meydana çıxıb.

Adana klubu zəlzələ ilə əlaqədar çempionatda çıxışını dayandırıb. İcarə əsasında bu komandanın formasını geyinən E.Kaplan müqavilə ilə “Başakşehir”ə məxsusdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!