Klub çempionatdan çıxdı, yığmamızın müdafiəçisi buradan ayrıldı

15 Fevral 2023 14:20 Bizimkilər 900
Klub çempionatdan çıxdı, yığmamızın müdafiəçisi buradan ayrıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü olan Emre Kaplan "Adanaspor"dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə 22 yaşsı sol cinah müdafiəçisi instaqram hesabında məlumat paylaşıb.

O, "Adanaspor" zəlzələ səbəbindən Türkiyə I Liqasında çıxışını dayandırdığı üçün komandanı tərk edib.

Emre Kaplan müqavilə ilə "Başakşehir"ə məxsusdur. Müdafiəçi "Adanaspor"a mövsümün əvvəlində icarə əsasında keçmişdi.

Arxa xətt oyunçusu Adana təmsilçisinin heyətində meydana çıxdığı 23 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!