Sərvər Bəşirli Kahramanmaraşa gedir! Zəlzələ qurbanlarına kömək edəcək - VİDEO

15 Fevral 2023 08:10 Bizimkilər 561
Sərvər Bəşirli Kahramanmaraşa gedir! Zəlzələ qurbanlarına kömək edəcək - VİDEO

Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım toplanıldığı zaman Azərbaycanda bir fenomen aşkar olundu.

Özünün köhnə "Jiquli"si ilə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən bir foto Laçın qaçqını Sərvər Bəşirlini o fenomenə çevirdi.

Sərvər Bəşirli sabah Kahramanmaraşa gedir. Bu barədə TV Musavat-ın efirində olarkən Sərvər Bəşirli özü məlumat verib.

Musavat.com xəbər verir ki, S.Bəşirli Türkiyəyə dəstək verən təşkilatların vasitəsilə öncə təyyarə ilə Şanlıurfaya, oradan da Kahramanmaraşa gedəcək.

Onun özü, əmisi oğlu İmamverdi Bəşirli və daha bir yaxın qohumu (3 nəfər) zəlzələ qurbanlarına yardım üçün könüllü olaraq fəlakət bölgəsində çalışacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!