Xilasedicilərimiz 51 nəfəri dağıntılar altından sağ çıxardı - VİDEO+FOTOLAR

13 Fevral 2023 13:30 Bizimkilər 631
Xilasedicilərimiz 51 nəfəri dağıntılar altından sağ çıxardı - VİDEO+FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.





Digər Xəbərlər
Xəbər Lenti