Renat Dadaşovun "Servett"ə vurduğu qol - VİDEO

13 Fevral 2023 02:20 Bizimkilər 654
Renat Dadaşovun "Servett"ə vurduğu qol - VİDEO

İsveçrə Super Liqasında 20-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Servett"in qonağı olub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu qarşılaşmanın iştirakçısı olub. 23 yaşlı hücumçu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

O, 57-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.

20 turdan sonra 24 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!