Türkiyə klubu Mahirə vəd verib ki… SON DƏQİQƏ

12 Fevral 2023 10:40 Bizimkilər 1 719
Türkiyə klubu Mahirə vəd verib ki… SON DƏQİQƏ

Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında oynayacaq.

O, artıq bu gün qardaş ölkəyə yollanacaq.

26 yaşlı hücumçunu Konya şəhərində gözləyirlər. O, icarə əsasında "Konyaspor"un formasını geyinəcək. İkin müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Emreli 2022-ci ilin fevralında “Legiya“dan keçdiyi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Xorvatiyalı jurnalist İzak Ante Susiçin yazdığına görə, hücumçunun satınalma imkanı verən icarə müqaviləsi əsasında Türkiyəyə köçməsi razılaşdırılıb.

Yığmamızın üzvü "Konyaspor"da aylıq 20 min dollar az əməkhaqqı alacaq. Əslində, Xorvatiyadan ayrılması pula görə deyil.

Maddi gəlirə qalsaydı, "Dinamo"da qalmaq ona daha çox sərf edərdi. Sadəcə, Mahir oyun praktikası qazanmaq istəyindədir.

Xorvatiyanın ən məşhur klubunda bu fürsəti çox az yaxaladı, onda da zədələr başının üstünü aldı. "Konyaspor" isə Emreliyə bu imkanı yaradacağını vəd eləyib.

Odur ki, azərbaycanlı forvard Yunanıstan, Polşa, Kipr və Çexiyadan təkliflər almasına baxmayaraq, üstünlüyü qardaş ölkənin Super Liqa təmsilçisinə verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!