Millimizin forvardı “Servet”in qapısına yol tapdı, sonu yaxşı olmadı

12 Fevral 2023 02:00 Bizimkilər 792
Millimizin forvardı “Servet”in qapısına yol tapdı, sonu yaxşı olmadı

İsveçrə çempionatında 20-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Servet”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 57-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Renat vurub.

“Qrasshopper” 20 turdan sonra 24 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!