Sərvər Bəşirlinin fotosu Türkiyə mediasının gündəmində: "Bizi ağlatdı" - VİDEOLAR

10 Fevral 2023 20:30 Bizimkilər 652
Sərvər Bəşirlinin fotosu Türkiyə mediasının gündəmində: "Bizi ağlatdı" - VİDEOLAR

Ötən gün köhnə avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək aparan Sərvər Bəşirlinin fotosu qardaş ölkənin də mediasında diqqət çəkib.

"Haberglobal" məlum foto ilə bağlı "Bizi ağlatdı..." başlıqlı süjet hazırlayıb.

Süjetdə qeyd olunub ki, zəlzələdən sonra Türkiyənin köməyinə ilk çatan Azərbaycan dövləti, xalqı olub:

"Bu fotoya baxıb duyğulanmamaq mümkün deyil... Yaşlı qadın dualar edərək, nə qədər yorğan-döşəyi varsa verdi, "türkiyəli qardaşlarımız üşüməsin, onlar da bizimdir", deyir.

Daha sonra fotodakı şəxs bu avtomobili ilə yorğanları yardıma aparır. Bu foto bu gün bütün Türkiyəni ağlatdı..."

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!