“Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov və “Xan Lənkəran”ın prezidenti Pərviz Hüseynovun təşəbbüsü ilə Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı iş adamı zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə kampaniya başladıb.
Həmyerlilərimiz Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) təşkil etdiyi aksiyaya qoşulub.
Qıda və geyim dəstlərindən ibarət bir neçə TIR fövqəladə vəziyyət olunmuş bölgəyə göndərilib.
Habelə dövlət tərəfindən açılmış ianə hesablarına böyük məbləğdə vəsait köçürülüb. Yardım aksiyasının sabah və növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulub.
SPORTİNFO.AZ

