"Sportinfo" ailəsi Türkiyəyə yardım aksiyasına qoşuldu

9 Fevral 2023 15:00 Bizimkilər 474
"Sportinfo" ailəsi Türkiyəyə yardım aksiyasına qoşuldu

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Sportinfo.az saytının kollektivi də bu aksiyaya qoşulub.

Əməkdaşlarımız bu məqsədlə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə yollanıb.

Türkiyəyə yardımla bağlı toplanan yardım kampaniyası hər gün səhər saat 11:00-dan başlayır.

Yardım üçün lazım olan ləvazimatların, uşaq yeməklərinin, konservlərin, quru qidaların, qeyri-qidalardan - yorğan-döşək, qış üçün qalın üst geyimləri və digər əşyaların gətirilməsi davam edir.

Əşyaların sayı həddən artıq çox olduğundan DİN əməkdaşları tərəfindən gecə saatlarından indiyədək gücləndirilmiş iş rejimində çalışırlar.

Eyni zamanda daşınma prosesinə dəstək üçün Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin briqadaları da əraziyə cəlb olunublar.

Vətəndaşlardan yardım kampaniyasına gətirdikləri əşyaları səhər saat 11:00-dan axşam saat 21:00-a qədər çatdırmaları rica olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!