"Konkret detalları açıqlamaq istəmirəm, bu, müzakirə etdiyimiz məsələlərdəndir”

9 Fevral 2023 03:30 Bizimkilər 539
"Konkret detalları açıqlamaq istəmirəm, bu, müzakirə etdiyimiz məsələlərdəndir”

Türkiyədə baş verən güclü zəlzələ bir çox insanların evlərini dağıtdı, həyatlarını məhv etdi.

Bu səbəbdən əziyyət çəkən insanlara əksər ölkələrlə yanaşı, Azərbaycandan da yardım göstərilir. Yardım kampaniyasına AFFA da qoşulub.

Sportinfo.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib.

O, konkret detallar açıqlamasa da, müəyyən yardımlar etdiklərini deyir:

"Konkret detalları açıqlamaq istəmirəm amma, AFFA tərəfindən müəyyən yardımlar olunur.

Bundan başqa Türkiyə Futbol Federasiyasına rəsmi məktub vasitəsilə başsağlığı da göndərmişik. Maddi yardım barəsində dəqiq məlumat yoxdur, bu, müzakirə etdiyimiz məsələlərdəndir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!