Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri - VİDEO

9 Fevral 2023 03:10 Bizimkilər 705
Kahramanmaraşda ən riskli yerlərə daxil olan Azərbaycanın xilasediciləri - VİDEO

Türkiyədə təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərinə qoşulub. FHN əməkdaşları daha çox şəhərin Hayrullah məhləsi, Azərbaycan bulvarı küçəsindəki binaların dağıntılar altında qalmış insanların axtarış-xilasetmə işləri həyata keçiriliblər.

Hazırda Azərbaycanın xilasediciləri dağıntıların dərinliklərinə, ən riskli yerlərə daxil olaraq orada qalmış insanların canlı və cansız bədənlərini çıxarırlar.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib. Onlar da dağıntılar altında qalmış şəxslərin tez bir zamanda aşkarlanmasında köməklik edirlər.

Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!