"Dinamo"nun baş məşqçisi Mahir Emrelidən danışdı

27 Yanvar 2023 22:40 Bizimkilər 931
"Dinamo"nun baş məşqçisi Mahir Emrelidən danışdı

"Dinamo"nun (Zaqreb) baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin son durumunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 70 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında hücumçunun zədəsini sağaltdığını və komanda ilə birlikdə olduğunu bildirib.

O, bir müddət öncə belində ağrıları olan 26 yaşlı forvardın XIX turda "Lokomotiva"ya qarşı paytaxt derbisində oynaya biləcəyini söyləyib.

Yanvarın 28-də keçiriləcək "Dinamo" - "Lokomotiva" matçı Bakı vaxtı ilə saat 20:10-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti