Azərbaycanda oynamaq üçün "Arsenal"dan ayrıldı

20 Yanvar 2023 11:00 Bizimkilər 1 213
Azərbaycanda oynamaq üçün "Arsenal"dan ayrıldı

"Arsenal" (Tula) Kamran Əliyevlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycanda çıxış etmək istədiyi üçün Tula klubunda qalmayıb.

Qarşılıqlı razılıq əsasında forvardla yollar ayrılıb.

Əliyev "Sumqayıt"ın Türkiyədəki düşərgəsinə gələrək klub rəhbərliyi ilə müqavilə haqda razılıq əldə etmişdi. Onun yaxın günlərdə "Sumqayıt"la rəsmi müqavilə imzalaması gözlənilir.

24 yaşlı yarımmüdafiəçi ötən yay "Arsenal"a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti