4 il Avropada oynadı, Azərbaycana qayıtdı

5 İyul 2022 21:00 Bizimkilər 930
4 il Avropada oynadı, Azərbaycana qayıtdı

Fərid Nəbiyev böyük ölçüdə karyerasını Azərbaycanda davam etdirəcək.

“Qəbələ”nin Futbol Akademiyasında yetişən, 2018-ci ildən ölkə xaricində Gürcüstan və Çexiya komandalarında top qovan 23 yaşlı futbolçu ilə Premyer Liqa təmsilçiləri yaxından maraqlanır.

Sonuncu mövsümü Çexiyanın aşağı dəstə təmsilçisi “Viktoriya Jijkov”da keçirən Fərid, komandasının 2-ci liqadan yuvarlanması səbəbindən kollektivi tərk etmək məcburiyyətində qalıb.

Əsas hədəfi karyerasını Avropada davam etdirmək olsa da, yüksək liqa klublarından təkliflərin olmaması Nəbiyevi qərar verməyə məcbur edir.

Ya vaxtını risk altına atıb bir müddət də gözləməlidir, ya da indidən Azərbaycanın hansısa klubuna razılıq verib kollektivə qoşulmalıdır.

Hazırkı məqamda ikinci variant daha ağlabatan görünür. Əldə etdiyimiz məlumata görə, Fəridlə “Kəpəz”lə “Səbail” yaxından maraqlanır.

“Qəbələ”nin yetirməsi Gürcüstanda “Şeverdeni”nin, Çexiyada “Slaviya” ilə “Viktoriya Jijkov”un şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti