“Bizi çətin duruma saldı, Mahir meydana daxil olandan sonra...”

5 Dekabr 2021 01:20 Bizimkilər 911
“Bizi çətin duruma saldı, Mahir meydana daxil olandan sonra...”

Polşa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da bu turnirdə növbəti matçına çıxıb.

Varşava klubu aşağı liqa təmsilçisi “Motor"la (Lublin) qarşılaşıb.

İlk hissəni 0:1 hesablı məğlubiyyətlə başa vuran Varşava təmsilçisi fasilədən sonra vurduğu 2 qol sayəsində əzmkar qələbə qazanıb və 1/4 finala vəsiqəni təmin edib. Mahir də bu görüşün iştirakçısı olub.

O, 46-cı dəqiqədə meydana buraxılıb və əzmkar qələbədə pay sahiblərindən birinə çevrilib. "Legiya"nın baş məşqçisi Marek Qolembevski matça sonradan daxil olan Mahir barədə fikirlərini bildirib:

"Çətin oyun oldu. Kubok oyunlarının öz qanunları var. "Motor" bizi çətin duruma saldı.

Mahir Emreli və Filip Mladenoviçin meydana daxil olmasından sonra rəqib üzərindəki üstünlüyümüz açıq-aşkar idi. Bir neçə yaxşı qol imkanı yaratdıq.

Xoşbəxtlikdən onlardan yararlandıq. Vurduğumuz 1 qolu isə oyundankənar vəziyyət olduğuna görə qeydə almadılar. Ardıcıl 2-ci qələbəmizi qazandıq".

Digər Xəbərlər
Xəbər Lenti