"Yollar açılmasa, prezident öz şəxsi təyyarəsi ilə məni Bakıya göndərəcək" - Azərbaycanlı futbolçu

15 May 2021 22:20 Bizimkilər 1 530
"Yollar açılmasa, prezident öz şəxsi təyyarəsi ilə məni Bakıya göndərəcək" - Azərbaycanlı futbolçu

Dünən azərbaycanlı futbolçu Nurlan Novruzov Nepal karyerasını başa vurduğunu açıqladı. Amma Novruzov hələ də ölkəmizə gələ bilmir.

Bu barədə Sportinfo.az-a futbolçunun özü məlumat verib: "Pandemiyaya görə hər yer bağlıdır. Ayın 24-nə Azərbaycana uçuş biletimdi. Hələ necə olacaq bilmirəm. Menecerim çalışır ki, klub tapsın elə birbaşa həmin ölkəyə gedim. Heç Azərbaycana qayıtmağa ehtiyac olmasın".

Novruzov hazırda harda qalması barədə isə bunları deyib: "Hər şey əladır. Klub prezidenti məni başqa otelə gətirdi. Burada hər şey daha yaxşıdır. Yollar bağlıdır. 15 günə yollar açılmasa, prezident öz şəxsi təyyarəsi ilə Bakıya göndərəcək".

28 yaşlı futbolçu Nepal üçün darıxacağını bildirib: "Nə deyim, necə təşəkkür edim bilmirəm. Nepal insanları məni sevirdi. Hər şey üçün çox sağ olsunlar. Nepal üçün dəqiq darıxacam".

Xatırladaq ki, Nurlan ötən ay Nepalın "Lalitpur Siti" klubu ilə 1 aylıq müqavilə bağlamışdı. Futbolçumuz Nepal Superliqasında meydana çıxdığı 6 oyuna 2 qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı