Azərbaycan klubunun narkotika satan legioneri həbs olundu

15 May 2020 11:48 Basketbol 1 004
Azərbaycan klubunun narkotika satan legioneri həbs olundu

Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuhari İrlandiyanın Offali şəhərində saxlanılıb.

Sportinfo.az "offalyexpress" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı moldovalı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur.

Onunla birlikdə daha iki nəfər tutulub.

Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!