"Neftçi SOCAR" Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəldi

04:10 Basketbol 79
"Neftçi SOCAR" Qadınlar Seriyasının mövsüm finalında 1/4 finala yüksəldi

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib.

Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub.

Bununla da "Neftçi SOCAR" 1/4 finala vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.

Final mərhələsinin həlledici oyunları sentyabrın 6-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM