"Neftçi SOCAR" yarımfinalda məğlubiyyət aldı - Dünya Qadın Seriyası

7 Sentyabr 04:30 Basketbol 337
"Neftçi SOCAR" yarımfinalda məğlubiyyət aldı - Dünya Qadın Seriyası

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın yarımfinalında Fransa komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 15:13.

"Ağ-qaralar" daha əvvəl 1/4 finalda Monqolustanın "Ulan-Bator Amazons" kollektivinə qalib gəlmişdi - 21:18.

"Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.

Digər Xəbərlər
Xəbər Lenti