Gözlərinə inana bilmir - Məğlubiyyətin səbəbini açıqladı

14 Mart 08:40 Basketbol 324
Gözlərinə inana bilmir - Məğlubiyyətin səbəbini açıqladı

"Əslində, kubok matçına yaxşı hazırlaşmışdıq və yaxşı başladıq. İlk hissədə də üstün idik və önə keçdik".

Sportinfo.az xəbər verir ki, bunu “Sərhədçi” basketbol komandasının baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Kubokunun 1/4 finalında “Gəncə”yə 89:94 hesablı məğlubiyyəti şərh edib:

“Bir bəxtsizlik oldu, etdiyimiz səhvlərə görə “Gəncə” komandası fərqi azaldıb, ikinci hissədə önə keçdi. Rəqib bu gün Azərbaycan Superliqasının ən yüksək sayda “üçlük” atışlarını etməyi bacardı. Bəlkə heç ötən mövsümdə bu qədər “üçlük” atan komanda olmamışdı. Bu da bizimlə oyuna təsadüf etdi. Normalda 35 faizlik “üçlük”lər atan komanda bu dəfə 57,5 faiz nəticəyə imza atdı. Çox uzaq məsafədən atırdılar. Normalda bu cəhdlər səbətə düşməz, amma... Həm də bu cür xallar oyun düzənimizi pozdu. Sona qədər mübarizə apardıq. Amma oyunçuların bəsit fərdi səhvləri nəticəyə təsir göstərdi. Qazanmaq istəyərdik, olmadı. Səbət altında çox epizod qaçırdıq. Belə olmasını istəməzdik. Komanda olaraq kuboku istəyirdik. Rəqibə uğurar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 20:20 Mahir niyə AĞLAYIB?
17 Aprel 09:00 Qəpik-quruş BAZARI