COP29

"Lənkəran"ın baş məşqçisi: "Səhvlər bizi aşağı dartır"

20 Yanvar 03:22 Basketbol 264
"Lənkəran"ın baş məşqçisi: "Səhvlər bizi aşağı dartır"

"Səhvlər bizi aşağı dartır".

Sportinfo.az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XI turunda "Gəncə" ilə matçdan (66:79) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətin səbəbini oyunçu çatışmazlığı ilə əlaqələndirib:

"Bizim üçün çox çətindir. Əvvəlki kimi rotasiya problemimiz var.

Çoxlu səhvlərin səbəbi 5 oyunçunun uzun müddət meydanda olmasıdır. Səhvlər bizi aşağı dartır.

Bu dəfə ötən qarşılaşmalara nisbətən daha yaxşı oyun nümayiş etdirdik. Amma bu, qələbə üçün yetərli deyil.

Məğlubiyyətlər basketbolçuların psixoloji durumuna da mənfi təsir edir. Yenə də bunun obyektiv səbəbləri olduğunu deyəcəm.

Ümid edirəm ki, 3-cü qələbəmizi Lənkəranda qazanacağıq".

Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 11:20 Bəs siz bilirsizmi ki...