Deyir ki: “Öz işinin öhdəsindən məharətlə gəldi”

16 Yanvar 08:20 Basketbol 469
Deyir ki: “Öz işinin öhdəsindən məharətlə gəldi”

"Ardıcıl qələbələrlə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramş "Quba"ya qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.

"Sumqayıt" - "Quba" qarşılaşması birincilərin 126:90 hesablı qələbəsi ilə yekunlaşıb. Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Bütün oyunçularımızı təbrik edirəm. Meydanda çıxan hər bir basketbolçumuz əla oyun sərgilədi.

Saadettin Donat öz işinin öhdəsindən məharətlə gəldi. Müdafiədə əla oyun göstərdi.

41 xal toplayan Zayon Yanq da yaxşı formada olduğunu bir daha sübut etdi. Komandamızın digər üzvləri də məhsuldar çıxış etdilər".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu