"İkinci görüş daha çətin olacaq".
Sportinfo.az xəbər verir ki, bunu "NTD-İndiqo" basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev "Xırdalan" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda görüşdə qalib gəldikləri görüş barədə danışıb:
"İlk iki hissə çətin keçdi. Səbəbləri də məlumdur.
Ancaq üçüncü və dördüncü hissələrdə komanda yaxşı mübarizə apardı. "Xırdalan" yaxşı komandadır.
Ancaq onların iki əsas basketbolçusu meydançaya çıxmamışdı. Buna görə bizə oynamaq daha asan idi.
Düşünürəm ki, ikinci görüş daha çətin olacaq. Gənc oyunçulara oynamaq şansı verdik. Çalışırıq ki, gənc basketbolçular da özlərini göstərsinlər".
Üçüncü yer uğrunda baş tutan görüşdə "NTD-İndiqo" "Xırdalan"ı 95:79 hesabı ilə məğlub edib. Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq.