Elxan Məmmədov xəstəxanaya düşən məşqçi ilə bağlı tapşırıq verdi

25 Noyabr 2020 21:00 Azərbaycan Futbolu 862
Elxan Məmmədov xəstəxanaya düşən məşqçi ilə bağlı tapşırıq verdi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hazırda xəstəxanada olan Qəhrəman Əliyevin sağlıq durumu ilə məlumatları şəxsi nəzarətinə götürüb.

Bu barədə Sportinfo.az-a məşqçinin qohumları bildirib.

Onların dediyinə görə, AFFA-dan əlaqə saxlayan şəxs E.Məmmədovun bu barədə göstəriş verdiyini söyləyib.

Belə ki, federasiya rəhbəri koronavirusa yoluxmuş və gündərdir komada olan tanınmıış mütəxəssisin gündəlik vəziyyəti haqda ona informasiya verilməsini istəyib.

Buna əsasən, Əliyevin qohumlarının diqqətinə çatdırılıb ki, AFFA xəstəxana xərclərini qarşılamağa hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?