Ramin Musayev: "Ölkə rəhbərliyi icazə versə..."

25 Noyabr 2020 19:40 Azərbaycan Futbolu 748
Ramin Musayev: "Ölkə rəhbərliyi icazə versə..."

"Ali Baş Komandana, Ordumuza, əsgərlərimizə təşəkkür edirəm.

Gözəl günlərdə xalqa sevinc bəxş etdiyinə görə həmin insanlara minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri bildirib ki, ötən mövsüm koronavirusa görə ölkə kubokunun finalı baş tutmayıb: "Arzu edirik ki, bu il yarışı başa vurmaq bizə nəsib olsun.

Açıqlama vermişdim ki, ölkə rəhbərliyi icazə versə, kubokun finalını Qarabağda keçirərik. Bu, tək bizdən asılı deyil. Qarabağdakı vəziyyəti hamı bilir.

Stadion hazır olarsa, böyük fəxrlə həlledici matçı orada təşkil edərik. Əgər hazır olmasa, azarkeşlərin istəyinə uyğun yer seçərik".

Digər Xəbərlər
Xəbər Lenti