"Gecə səsə oyandım və hər şeyi həmin vaxt öyrəndim"

16 Noyabr 2020 14:40 Azərbaycan Futbolu 574
"Gecə səsə oyandım və hər şeyi həmin vaxt öyrəndim"

"Gecə atəşfəşanlıq səsi ilə oyandım və hər şeyi həmin vaxt öyrəndim".

Sportinfo.az xəbər verir ki, bu açıqlama "Zirə"nin hücumçusu Ruslan Qurbanova aiddir.

Rusiya mətbuatına qonaq olan yığmamızın sabiq üzvü Azərbaycanın Qarabağ cəbhəsindəki qələbəsindən söz açıb:

"Pəncərəni açdım, gördüm ki, maşının yanında 25 nəfər rəqs edir. Televizoru açdım və prezidentin bunu elan etdiyini gördüm. Həmin günü şəhər yatmadı.

İnsanlar komendant saatına baxmayaraq küçələrdə şənliklər təşkil etdilər. Hər kəs bayraqlarla 30 ildən sonra xəyal qurduqları anı qeyd edirdi. Müharibəyə görə Azərbaycanda milyondan çox qaçqın və məcburi köçkün var.

Cəbhəyə gedən könüllülər çox idi. Bunların arasında MMA döyüşçüləri, futbolçular da oldu. Xalq əsgərlərə çox kömək etdi, hərbi maşınları dayandırıb, onlara su, qida və siqaret verirdilər".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!