AFFA şəhid hərbçi ilə bağlı təsirli paylaşım etdi - VİDEO+FOTO

21 Sentyabr 2020 16:14 Azərbaycan Futbolu 1 809
AFFA şəhid hərbçi ilə bağlı təsirli paylaşım etdi - VİDEO+FOTO

bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Şəhidin nəşi artıq doğulduğu Tovuz rayonun Qaziqulu kəndinə gətirilib.

AFFA rəsmi "facebook" səhifəsində Beynəlxalq Sülh Günü ilə bağlı paylaşım edib. Sportinfo.az xəbər verir ki, paylaşımda bu gün Tovuz istiqamətində erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu ilə bağlı başsağlığı mesajı da yer alıb.

"Bu gün Beynəlxalq Sülh Günüdür. Təəssüf ki, səhəri şəhid xəbəri ilə açdıq. Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı veririk. Ümid edirik vətənimizin üzərindən qara buludlar tezliklə çəkilər, torpaqlarımız düşmən tapdağından azad olar və hər birimiz sülhü dadarıq", - məlumatda bildirilib.

Xəbər Lenti