"Mən niyə gedib AFFA-nın qapısında yatmalı, boynumu bükməli, xahiş etməliyəm?"

13 Avqust 2020 17:10 Azərbaycan Futbolu 1 120
"Mən niyə gedib AFFA-nın qapısında yatmalı, boynumu bükməli, xahiş etməliyəm?"

«Bir neçə gün əvvəl mənimlə əlaqə saxlayıb, bu təklifi etdilər».

Bu sözləri Sportinfo.az-a açıqlamasnda Qəhrəman Əliyev deyib.

Küveyt Futbol Federasiyası azərbaycanlı baş məşqçiyə dəvət göndərib. Ona təklif olunan iş yeniyetmələrdən ibarət yığmanı çalışdırmaqdır. Söhbət Küveytin 16 və 17 yaşlılardan ibarət millilərindən gedir.

Əliyevlə əlaqə saxlayan federasiya rəhbərliyi ona bu iki komandadan birini götürə biləcəyini söyləyib. Tanınmış mütəxəssis qəti qərarını bildirməsi üçün sentyabrın əvvəlinədək vaxt verilib.

Qəhrəman Əliyev Azərbayxan futbolu tarixində Premyer Liqada ən çox oyun keçirmiş baş məşqçidir. O, vaxtilə «Viləş»i iki dəfə UEFA İntertoto Kubokuna çıxarıb. Həmçinin «Şəmkir»i çempion edib.

Bundan başqa, «Masallı»nı Premyer Liqaya yüksəldib. «Bakı»nın əvəzedici heyətinə və U-19 komandasına Azərbayxan çempionatının qızıl medallarını qazandıırıb:

«Küveyt və İraq Futbol Federasiyalarının rəhbər şəxsləri ilə münasibətimiz 2 ildir yaranıb. Hər iki ölkənin aşağı yaş qrupları üzrə yığmaları ötən ilədək Bakıda bir neçə hazırlıq keçiö.

Onlar burada olarkən, məndən xahiş etmişdilər ki, komandalarıın məşq prosesinə nəzarət edim. Bu işi görəndən sonra əlaqələrimiz bir qədər də sıxlaşmışdı.

İndi isə konkret təklif irəli sürüblər. Küveyt Futbol Federasiyasının təklifi, əslində, çox maraqlıdır. İstəyirlər ki, ölkədə seleksiya işi aparıb, ən istedadlı yeniyetmələri bir yerə yığsıınlar, yeni bir komanda formalaşdırsınlar.

Sonra isə həmin komandaya Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə təlim-məşq toplanışı və yoxlama oyunlarıı keçirib, daha da komplektləşdirsinlər. Avropa ölkələri ilə yaxş əlaqələri var.

Məqsəd həmin yeniyetmələri bir müddət sonra Avropa klublrıea göndərib, hərtərəfli inkişafına nail olmaqdır. Ümumiyyətlə, uzunmüddətli strategiya müəyyənləşdiriblər.

Şəxsi problemlərim olmasaydı, elə bu dəqiqə Küveytə gedərəm. Koronavirus pandemiyası da məni qorxutmur. Sadəcə, yenə deyirəm, şəxsi işlərimə görə qərar verməyə çətinlik çəkirəm.

Mən ona təəssüflənirəm ki. küveytlilər, iraqlılar bir-iki həftə bizi görüb işimizə qiymət verməyi bacarır, amma AFFA buradnn-bura bizimlə maraqlanmr.

Özlərini elə aparırlar ki, sanki bizləri tanıımırlar, sanki Azərbaycan futbolunda bu adda məşqçi olmayıb. Tək mən deyiləm, daha neçə-neçə məşqçi AFFA tərəfindən özünə qarşı etinasız münasibət görürəm.

Belə başa düşürəm ki. vaxtilə futbolun inkişafı üçün gördüyümüz işlərin, çəkdiyimiz zəhmətin üstündən xətt çəkiblər. Bizi futboldan «silməyə» çox tələsiblər.

AFFA milli komandaları əcnəbi məşqçilərlə doldurub. Bu qədər oxuyub kateqoriya alan yerli məşqçi var, onlar da qalııb kənarda. Deyirlər, gəncləşdirmə siyasəti aparırıq.

Gənc dedikləri də bəhanədir. Çoxu tanışlıqla, yaxınlıqla, başqa yollarla qabağa gedib. Heç kim çörəyi qulağının dibinə yemir, hər şeyi yaxşı görürük.

Gənc məşqçilərdən 3-4 nəfər perspektivlidir, hansıı ki, öz bilikləri hesabına işləyirlər. Onları mən də dəstəkləyirəm, «halal olsun» deyirəm. Elələri də var ki, mətbuatın hesabına üzdədir. Yalandan qışqıırıb-bağırmaqla, mətbuatda danışmaqla məşqçi olmaq olmur.

Mən niyə gedib AFFA-nın qapısında yatmalıyam? Qapının arxasında dayanıb, boynumu bükməliyəm, xahiş etməliyəm? Nəticələrim, gördüyüm iş ortadadır, ömründə elə şeylər etmərəm».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"