AFFA-nın məsul şəxsi normal ritm və  ehtiyat tədbirlər haqda

9 Avqust 2020 18:40 Azərbaycan Futbolu 770
AFFA-nın məsul şəxsi normal ritm və  ehtiyat tədbirlər haqda

"Operativ Qərargahın tələb və tövsiyələrini nizam-intizamla yerinə yetirdikləri üçün hamıya minnətdaram".

Sportinfo.az xəbər verir ki, bu sözlər AFFA-nın icraçı vitse-prezidenti ELxan Məmmədovun dilindən çıxıb.

Futbol qurumunun ən məsul şəxsi əvvəllər klublara təqdim edilmiş tibbi protokolun yoluxma riskinin qarşısını almasa belə, əhəmiyyətli dərəcədə azaltmağa qadir olduğunu vurğulayıb.

O, məşqçilər, futbolçular, ictimaiyyət nümayəndələrinə anlayış və dözümlərinə görə təşəkkürünü bildirib: "Məhz müəyyənləşdirilmiş qaydalara əməl edilməsi sayəsində virusun yayılma dinamikasını azaltmaq mümkün oldu.

Bu da yekunda həyatımızın tədricən normal ritmə düşməsinə gətirib çıxardı. Əminəm ki, Azərbaycan futbol ictimaiyyəti Prezident İlham Əliyevin çağırışına əməl edərək, gələcəkdə də bütün lazımi ehtiyat tədbirlərini görəcək".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"