Başına iş gələn azərbaycanlı: "Məni haqsız yerə…" - VİDEO

29 İyun 2020 10:52 Azərbaycan Futbolu 615
Başına iş gələn azərbaycanlı: "Məni haqsız yerə…" -  VİDEO

«Oyuna ciddi hazırlaşmışdıq, çünki 3 xal bizə hava su kimi lazım idi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Narva Trans»ın hücumçusu Nurlan Novruzov deyib.

Estoniya çemponatında 9-cu turun oyunları keçirilib. Novruzovun formasını geyindiyi “Narva Trans” evdə “Levadiya” ilə qollu heç-heçə edib - 4:4.

Azərbaycanlı forvard 16-cı dəqiqədə qol vurub. Lakin 27 yaşlı hücumçu 39-cu dəqiqədə qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub.

Bu xal itkisindən sonra “Narva Trans” 3 xalla sonuncu - 10-cu pillədədir. Nurlan hakimin səhv qərarı üzündən bu vəziyyətlə üzləşdiyini bildirib: «Artıq qarşıdakı oyunlara hazırlaşmalıyıq.

Ayın 4-də final oyunumuz var və qələbə qazanıb kuboku qazanmaq istəyirik. «Levadiya» ilə oyunda baş verənlərə gəlincə, qolun baxımlı alınması və azərbaycanlı futbolçu kimi xaricdə belə qol vurmağım çox gözəl hissdir.

Qırmızı vərəqə almağım isə heç yaxşı olmadı. Çünki qarşıda vacib oyunlarımız var. Hakim epizoda uzaq idi, ele zənn etdi ki, mən rəqibə ayağımla zərbə endirdim. Düşünüe ki, 27 yaşım var və karyeramda ilk dəfə qırmızı vərəqə alıram. Həm də haqsız yerə».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu