Qeydiyyatdan keçdi - FOTO

3 İyun 2020 00:42 Azərbaycan Futbolu 508
Qeydiyyatdan keçdi - FOTO

Bakı Olimpiya Stadionunun (BOS) Azərbaycan və İngilis dilində olan loqosu artıq əmtəə nişanı (trade mark) olaraq qeydiyyatdan keçib.

Sportinfo.az-ın BOS-un rəsmi saytına istinadən verdiyi məlumata görə, bu nailiyyət arenaya bir çox üstünlük verib.

Bu barədə "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının qanunundan çıxarışda bildirilir:

ƏMTƏƏ NİŞANI;

  • sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
  • qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir: yəni yalnız əmtəə nişanının sahibi nişan üzərində müstəsna hüquqa sahibdir və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər.
  • qeydiyyata alınmış əmtəə nişanı sahibinə bir istehsalçının həmcins olan əmtəə və xidmətlərinin digər istehsalçının əmtəə və xidmətlərindən fəqrləndirməsinə yardımçı olur. Burda əmtəənin forması, dizaynı əsas cəhət hesab olunur.
  • qeydiyyat əmtəə nişanı sahibini qanun pozuntularından və haqsız rəqabət aparanlardan qoruyur. Bundan əlavə nişandan üçüncü tərəfin qanunsuz istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı nişan sahibinin xeyrinizə qərar çıxarmağa kömək edir.
  • qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə qarantiya vermiş olur və bu da istehlakçıların məhsula olan inamını artırmaqla onu saxta məhsuldan ayırmağa da yardımçı olur.
  • əmtəə nişanının tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verməklə öz iqtisadi durumunu yüksəldə bilir.
  • Qeyd edək ki, Bakı Olimpiya Stadionunun loqosunun əmtəə nişanı kimi qeydiyyatdan keçirilməsi həm də beynəlxalq tədbirlərin təşkili zamanı UEFA-nın tələbidir.
Digər Xəbərlər
Xəbər Lenti