Mübariz Mənsimovun bütün dünyadakı əmlakına həbs qoyuldu? - VİDEO

1 İyun 2020 20:00 Azərbaycan Futbolu 1 776
Mübariz Mənsimovun bütün dünyadakı əmlakına həbs qoyuldu? - VİDEO

Dünən bir sıra mətbuat orqanlarında məşhur azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimova məxsus “Palmali” Şirkətlər Qrupunun Böyük Britaniya Ali Məhkəməsi tərəfindən müflis elan olunmasına dair məlumat yayılıb.

Sportinfo.az xəbər verir ki, şirkət bu məlumatı təkzib edən açıqlama ilə çıxış edib.

Britaniya Məhkəməsində “Palmali” ilə bağlı hansı qərar qəbul olunub? Rusiya mətbuatı xəbər verir ki, Britaniya Ali Məhkəməsi mayın 4-də Mübariz Mənsimovun bütün dünyadakı əmlakı və hesablarına həbs qoyulmasına dair qərar qəbul edib.

Bura yalnız “Palmali Holding Company Limited” deyil, Mənsimovun bütün dünyada sahib olduğu əmlak, aktiv və hesablar aiddir.

Mübariz Mənsimov ciddi borc problemləri ilə üzləşib. Onun hazırda neft treyderləri və banklara 900 milyon dollar borcu yığılıb. Bu borcların ödənməsi isə xeyli çətin görünür.

Belə ki, Britaniya məhkəməsi onun cəmi 100 milyon dollarlıq aktivlərini müəyyənləşdirə bilib. Digər tərəfdən isə keçmiş milyarderin maliyyə fəaliyyəti Türkiyə vergi qurumu və Maltanın dövlət maliyyə bürosu tərəfindən də araşdırılmaqdadır.

Bundan əlavə, neft daşıyıcılarını maliyyələşdirmək üzrə ixtisaslaşmış “Hamburg Commercial Bank” “Palmali”nin 6 quru yük gəmisinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət edib.

Buna səbəb şirkətin törəmə müəssisələri olan “Palmali Dry Holding” və “Palmali Holding”ə verdiyi 27 milyon dollar krediti geri ala bilməməsidir. Hamburg məhkəməsindən “Palmali”yə məxsus “Nakhchıvan”(2007-ci ildə istismara verilib), “Mırzaaga Khalılov”(2006), “Ismayıl Shıkhly”(2007), “Shırvan”(2007), “Rıad Ahmedov”(2007), “Akhmed Mahmudov”(2007) gəmilərinin müsadirə olunması tələb edilib.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.

Daha əvvəl Almaniyanın “Hamburg Commercial Bank”ı “Palmali Holding”in 27 milyon ABŞ dollarlıq borcuna qarşı 6 ümumi yük gəmisinə nəzarətin banka təhvil verilməsi üçün məhkəməyə müraciət etmişdi.

2018-ci ildə isə Rusiyanın Rostov Arbitraj Məhkəməsi, “Sberbank”a olan 220 milyon ABŞ dolları borcunun qarşılığında şirkətin törəmə müəssisəsi “Palmali Rostov” MMC-in müflis olmasını təsdiqləmişdi.

Məhkəmənin qərarı ilə “Palmali Rostov” MMC-yə məxsus 52 gəmiyə həbs qoyulmuş, 43 gəmi isə Rostov Məhkəməsi tərəfindən 2019-cu ilin sentyabrında satışa çıxarılmışdı.

İndiyədək bu gəmilərin satışı üzrə bir neçə dəfə hərrac təşkil olunsa da, maraq olmadığına görə satış baş tutmayıb.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?