Mübariz Mənsimovun işi barədə SON MƏLUMAT

31 May 2020 16:20 Azərbaycan Futbolu 6 416
Mübariz Mənsimovun işi barədə SON MƏLUMAT

“Xəzər Lənkəran“ın sponsoru olan “Palmali Holdinq”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Fidan Quliyeva məlumat yayıb.

“Belə qeyri-ciddi məlumatı yayanlar “Palmali” şirkətinin mövqeyini öyrənməyə heç cəhd etməyiblər. Bu da onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir.

Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq”, - o bildirib.

Report xarici mediaya istinadla “Palmali Holdinq”in müflis elan edildiyi haqda məlumat paylaşıb. Bildirilir ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var.

Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holdinq" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir.

Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə ediləcəyini bildirib.

Xəbərdə qeyd olunub ki, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulması və ticarət əməliyyatlarının qadağan edilməsi nəzərdə tutulur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən isə Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon dollarlıq aktivlərinə həbs qoyulduğu da iddia edilib.

Xəbər Lenti