Narahat olmayın, klubları müflis olan futbolçulara yardım ediləcək

21 May 2020 00:42 Azərbaycan Futbolu 574
Narahat olmayın, klubları müflis olan futbolçulara yardım ediləcək

FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) koronavirus pandemiyası səbəbindən klubları müflis olan və ya maliyyə problemi ilə üzləşən oyunçulara maddi yardım edəcək.

Sportinfo.az xəbər verir ki, futbolçuların ödənilməyən maaşlarını iki qurumun birgə təsis etdiyi Fond verəcək.

Bundan yararlanmaq istəyənlər FIFPro-nun saytına daxil olub müraciət yerləşdirməlidirlər.

FIFA və FIFPro bu ilin fevralında sözügedən Fondun yaradılacağını açıqlayıb. Ali futbol qurumu ilk mərhələdə Fond üçün 16 milyon avro ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?