Rusiyalı həkimlər Əliyevə nə diaqnoz qoydu? - FOTO

19 May 2020 14:50 Azərbaycan Futbolu 591
Rusiyalı həkimlər Əliyevə nə diaqnoz qoydu? - FOTO

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın "Ufa" klubu koronavirus testindən keçib.

Sportinfo.az xəbər verir ki, futbolçular və texniki heyətlə yanaşı, klubun işçiləri də yoxlanılıb.

Onların hamısının nəticəsi mənfi olub. Daha əvvəl "Dinamo"nun üç oyunçusu, "Rubin"in yarımmüdafiəçisi Konstantin Pliyev, "Lokomotiv"in hücumçusu Cefferson Farfandan da koronavirus çıxıb.

Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib. Azər Əliyev "Ufa"da 2018-ci ilin avqustundan çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM