1 milyon avro maaş alan azərbaycanlı futbolçu da varmış...

31 Mart 2020 15:32 Azərbaycan Futbolu 1 665
1 milyon avro maaş alan azərbaycanlı futbolçu da varmış...

Azərbaycanlı futbolçu Ayaz Quliyev “Spartak”dan (Moskva) ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “sports.ru” saytı məlumat yayıb.

Bildirilir ki, ötən ilin yanvarında komandaya qayıdan futbolçunun çıxışı baş məşqçi Domene Tedeskonu qane etmir. O, italiyalı mütəxəssisin rəhbərliyi altında cəmi 13 dəqiqə oynayıb.

Ayazın tez-tez mövqe səhvləri etməsi və çox kobud oynaması baş məşqçini narahat edir. 23 yaşlı yarımmüdafiəçi keçirdiyi 21 matçda 12 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Klub rəhbərliyi isə Ayazı göndərməyi düşünür. Ancaq futbolçunun “Spartak”dakı illik gəliri bir milyon avrodur. Bu maaşı isə Rusiya Premyer Liqasında verə biləcək komanda olmadığı bildirilir.

Bunun üçün də Moskva təmsilçisi futbolçunu başqa bir kluba icarəyə göndərməyə və onun maaşının bir hissəsini ödəməyə razı olduğu qeyd edilir.

Xəbər Lenti