İlkin Fikrətoğlu hazırladı: "Neftçi"nin, "Kəpəz"in və QARABAĞın silahlı müdafiəçisi - VİDEOSÜJET

27 Mart 2020 18:48 Azərbaycan Futbolu 1 434
İlkin Fikrətoğlu hazırladı: "Neftçi"nin, "Kəpəz"in və QARABAĞın silahlı müdafiəçisi - VİDEOSÜJET

Azərbaycanın futbol veteranlarından Novruz Əzimov ötən həftə 60 yaşını tamamladı. O, "Neftçi"nin SSRİ çempionatının güclülər dəstəsində vurduğu sonuncu qolun (19 noyabr, 1988-ci ildə "Dinamo Kiyev"in qapısına) müəllifi kimi futbolumuzun tarixinə düşüb. Amma Novruz Əzimov Azərbaycan futbolunda hamıdan fərqli edən başqa fakt da var.

O, Azərbaycanını yeganə futbolçusudur ki, Qarabağ müharibəsi dövründə "Neftçi" kimi ölkənin əsas komandasında oynamasına baxmayaraq karyerasını müvəqqəti dayandıraraq cəbhəyə yollanıb. 7 ay Laçın cəbhəsində döyüşlərdə iştirak edib, Bakıya məzuniyyətə gəldiyi günlərdə isə "Neftçi"nin heyətində müstəqil Azərbaycanın ilk çempionatında oyuna da çıxıb.

Futbolçu karyerası ərzində bir dəfə "Neftçi", 2 dəfə "Kəpəz"in heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu alıb. Baş məşqçi postunda 2012-ci ildə "Bakı" klubuna Azərbaycan kubokunu qazandırıb. Köməkçi-məşqçi kimi isə 2006-cı ildə "Bakı" ilə kuboku, daha sonra AZAL-la ölkə çempionatının gümüş medalını qazanıb. AFFA rəhbərliyinin yarıtmaz fəaliyyətini tənqid etdiyi üçün hazırda işsizdir.

Sportinfo.az-ın şef-redaktoru İlkin Fikrətoğlu veteran futbolçunun 60 illik yubileyi ilə əlaqədar videosüjet hazırlayıb.

Xəbər Lenti