"Ceyhun Sultanova zəng vurub, təşəkkür etdik" - Mənsimova görə

25 Mart 2020 17:24 Azərbaycan Futbolu 754
"Ceyhun Sultanova zəng vurub, təşəkkür etdik" - Mənsimova görə

«Biz yalnız Ceyhun Sultanovla Nazim Süleymanovdan yox, bütün futbol ictimaiyyətindən mənəvi dəstək gözləyirdik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran»ın direktoru Höccət Hacıyev deyib.

Bilindiyi kimi, cənub klubunun sahibi Mübariz Mənsimov bir neçə gün öncə İstanbulda həbs olunub. Onun Türkiyə polisi tərəfindən saxlanılması ciddi rezonans doğurub. Bunu adı qaşılayanlar olduğu kimi, birmənalı yanaşmayanlar da çoxluq təşkil edir.

Maraqlıdır ki, 12 il «Xəzər Lənkəran»ı Premyer Liqada yaşadan iş adamının həbsinə yerli futbol ictimaiyyətindən zəif reaksiya verir. Klubun 2 keçmiş nümayəndəsi – hazırda «Neftçi»nin idman direktoru olan Ceyhun Sultanov və Futbol İctimaiyyətinin Həmkarlar İttifaqının sədri Nazim Süleymanov baş verənlərə biganə qalmayıb.

Vaxtilə ağ-yaşıl formanı geyinmiş Sultanov sosial şəbəkə ünvanında «Xəzər Lənkəran»ın 2007-ci ildə çəkilmiş fotosunu yayıb, özü də bunu martın 22-də Mənsimovun doğmu günündə edib. Süleymanov isə sonradan ona qoşulub, biznesmenin lehinə açıqlama verib.

Hacıyev ümumilikdə futbol camiəsinin klubin yaradıcısına dəstək verməli olduğunu bildirib: «Çünki o, Azərbaycan futboluna çox xidmət edib, bölgədə belə bir klub yaradıb.

Mübariz müəllimin gəlişindən sonra futbola maliyyə axıb. «Xəzər Lənkəran» fəaliyyət göstərdiyi illərdə çox məşqçiyə, futbolçuya pul qazandırıb. Əlbəttə ki, biz həm Ceyhun Sultanova, həm də Nazim Süleymanova minnətdarıq.

Klubumuzun mətbuat katibi Hüseyn Cəbrayıloğlu onlara zəng vurub, «Xəzər Lənkəran»ın adından təşəkkür edib.

Ümidvarıq ki, digər futbol adamları da Sultanov və Süleymanov kimi hərəkət eləyəcək. Ancaq bu insanların bugünə qədər niyə səssiz qalmasının səbəbini mən bilmirəm».

Digər Xəbərlər
Xəbər Lenti