Ərəbistan və Asiya, yoxsa "Kəpəz" ? - Millimizin sabiq müdafiəçisi seçim qarşısında

13 İyul 17:00 Kəpəz 1 253
Ərəbistan və Asiya, yoxsa "Kəpəz" ? - Millimizin sabiq müdafiəçisi seçim qarşısında

"Kəpəz" heyətini formalaşdırmağa davam edir.

Baş məşqçi Azər Məmmədov daha çox Premyer Liqa təcrübəli oyunçuları ətrafında görmək istəyir.

Bu baxımdan, növbəti hədəf Şəhriyar Əliyev seçilib.

"Turan Tovuz"un sabiq kapitanı ilə ilkin danışıqlar olub.

33 yaşlı oyunçu da ona doğma olan şəhərə qayıtmağa isti yanaşır.

Amma Əliyev bölgə klubundan ona bir qədər vaxt verilməsini istəyib.

Çünki təcrübəli müdafiəçinin legioner həyatı yaşamaq variantları var.

Bir neçə Asiya və Ərəbistan klubları ilə danışıqlar aparılır.

Ölkə xaricinə yollanmaq alınmasa, Şəhriyar vətəndə "Kəpəz"in formasını geyinəcək.

Bu barədə gəncəlilərə məlumat verib.

“Bakı”nın yetirməsi "Turan Tovuz"dan başqa “Qarabağ”, “Kəpəz” və “Keşlə”də (indiki “Şamaxı”) forma geyinib.

Stoper Azərbaycan millisinin heyətində 2 oyunda meydana çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı