"Braqa"nın yetirməsi yenidən Azərbaycana qayıtdı - RƏSMİ

13 İyul 20:20 Kəpəz 917
"Braqa"nın yetirməsi yenidən Azərbaycana qayıtdı - RƏSMİ

“Kəpəz" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Portuqaliyalı qolkiper son olaraq İsraildə - "İroni Tiberias"da çıxış edib. "Braqa"nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-2025-ci illər mövsümündə də "sarı-göylər"in formasını geyinib.

Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM