Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Torpedo"nun qonağı olacaq "Zirə"nin səfər proqramı bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klubdan bildirilib.
"Qartallar" iyulun 14-də çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq.
İyulun 15-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq.
"Zirə"ni səfər qarşılaşmasında nə qədər azarkeşin dəstəkləyəcəyi isə hələlik bəlli deyil.
"Torpedo" - "Zirə" oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

