İcraiyyə Komitəsi qərar verdi, bu məkanda yenidənqurma başladı - FOTOLAR

14:20 Gündəm 145
İcraiyyə Komitəsi qərar verdi, bu məkanda yenidənqurma başladı - FOTOLAR

AFFA İcraiyyə Komitəsinin 25 iyun 2025-ci ildə keçirilən iclasında verilən qərara uyğun olaraq, Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işləri davam etdirilir.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, stadionda “FIFA Quality Pro” sertifikatına malik süni ot örtüyünün quraşdırılması prosesi həyata keçirilir.

Həmçinin işıqlandırma sistemi, inzibati binanın paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Təmirdən sonra stadionun tam olaraq uşaq və gənclər futbolunun istifadəsinə verilməsi planlaşdırılır.

Bu istiqamət üzrə artıq cari ilin avqust ayında Bakı Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində “Sabahın ulduzları” turnirinin Bayıl stadionunda təşkili nəzərdə tutulur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama