Bu gün leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq edildi

14 İyul 08:00 Araşdırma 432
Bu gün leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq edildi

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrində hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı