"Sabah" Çempionlar Liqasında "Qarabağ"ın yolu ilə gedəcək

17:00 Sabah 251
"Sabah" Çempionlar Liqasında "Qarabağ"ın yolu ilə gedəcək

"Sabah" tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edir.

Debüt uğurlu alındı.

"Tələblər" birinci təsnifat mərhələsinin birinci matçında Uels çempionu TNS-i məğlub etdi - 2:0.

Təmsilçimizin bu mərhələni uğurlu adlayacağına şübhə yoxdur.

Valdas Dambrauskasın yetirmələrinin hələ daha irəli gedəcəyinə böyük inam var.

Belədə ortaya stadion problemi çıxmış olacaq.

Belə ki, Masazır klubu hazırda ev oyunlarını "Bank Respublika Arena"da keçirir.

Adıçəkilən idman qurğusu isə UEFA-nın tələblərinə qismən cavab verir.

Burada ÇL-in yalnız üçüncü təsnifat mərhələsi daxil oyunlar keçirmək mümkündür.

Pley-off və liqa mərhələsində iştirak hüququ yaranarsa, klub rəhbərliyi yeni ünvan tapmalıdır.

Artıq ehtiyat tədarük görülüb.

Mümkün uğur əldə olunacağı təqdirdə son çempion "Qarabağ"ın yolu ilə gedəcək.

"Sabah" da Ağdam klubu kimi ÇL-dəki rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Bu istiqamətdə qarşı tərəflə ilkin razılıq əldə olunub.

İndi qalır komandanın ilk oyundakı qələbənin ardını növbəti mərhələlərdə də davam etdirməsi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama