“Qarabağ”ın yeni hücumçusu Juninyo ilə Duranın adını eşidib nə dedi?

13 İyul 20:00 Qarabağ 725
“Qarabağ”ın yeni hücumçusu Juninyo ilə Duranın adını eşidib nə dedi?

“Qarabağ”ın yeni transferləri ilk rəsmi oyunda ümid verdi.

Zarariya Savo qol və assist müəllifi kinmi yadda qaldısa, Renaldo Sefas dəqiq zərbə ilə rəqib qapıçını məyus etməyi bacardı.

Əsas heyətdə meydana çıxmaqla qol vurmaq tapşırığının öhdəsindən gələn Savo gələcəyə ümid verdi.

Sürəti, pressinq qabiliyyəti, zamanında zərbə vurmaq bacarığı, hər iki ayağının işlək olması kimi keyfiyyətləri “11 nömrə”nin “köhlən atlar”a fayda verəcəyinə şübhə yaratmır.

Görəsən, Zakariya oyunu və vuracağı qollarla Dino Ndlovu, Reynalo, Olavio Juninyo, Kamilo Duran kimi əvvəlki hücumçuları unutdura biləcək?

26 yaşlı forvard Sportinfo.az-ın sualını təbəssümlə qarşılayaraq bu şəkildə cavab verib:

“Azarkeşlər adlarını sadaladığınız futbolçuları heç vaxt unutmayacaq. Buna 100 faiz əminəm.

Çünki onlar “Qarabağ” üçün böyük işlər görüb, vacib qollar vurublar. Onları unutsalar, bir gün məni də unudacaqlar (gülür).

Məqsədim vuracağım qollarla “Qarabağ”ın uğurlarında pay sahibi olub, azarkeşlərimizi sevindirməkdir. Hər dəfə meydana çıxanda bunun üçün çalışacam”.

Bu ilin may ayında Ağdam təmsilçisinin heyətinə qatdığı Zakariya Savo ilə 3 illik müqavilə bağlanıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur