Bu xəbər “Sabah”ın futbolçularına elə bir kef yaşadacaq ki..!

13 İyul 20:40 Sabah 847
Bu xəbər “Sabah”ın futbolçularına elə bir kef yaşadacaq ki..!

“Sabah” Çempionlar Liqasında növbəti mərhələnin bir addımlığındadır.

Avropadakı təmsilçimiz “köhnə qitə”nin bir nömrəli klub turnirində “Vardar” – KuPS cütünün qalibi ilə qarşılaşmaq üçün TNS səddini keçməlidir.

İyulun 7-də Bakıda keçirilən ilk görüşdə “tələbələr” 90 dəqiqə üstün oynadığı matçdan 2:0 hesablı qələbə ilə ayrılmışdı. Bu dəfə Uelsdəki dueldən sərfəli hesabla ayrılmaq mütləqdir.

Qələbə birmənalı xeyrimizə işləyəcək. Mümkün heç-heçə də Valad Dambrauskasın çalışdırdığı kollektivi növbəti mərhələyə daşıyacaq. Hətta 1 top fərqli yenilgi belə, “Sabah”ın mərhələni keçməsinə şərait yaradacaq.

“Sabah”ın ziyanına işləyəcək yegənə məqam alışmadığı süni örtükdə oynayacağıdır. İqlim və saat fərqi də hansısa mənada meydan sahiblərinə kömək edə bilər.

Lakin bu və digər amillər Masazırı təmsil edən komandanın gözünü qorxutmamalıdır. Niyə?

Çünki TNS səfər matçları ilə müqayisədə doğma meydanda lazım olan nəticəni qazana bilmir.

Uzağa getməyib, əvvəlki 3 avrokubok mövsümündə “Park Hall” stadionunda baş tutan oyunların hesablarına göz gəzdirəndə, Osvestri təmsilçisinin halını görmək mümkün olur.

2023/24

TNS – “Haken” (İsveç) – 0:2

TNS – “Svift Hesperanj” (Lüksemburq) – 1:1

2024/25

TNS – “Deçiç” (Monteneqro) – 3:0

TNS – “Ferentsvaroş” (Macarıstan) – 1:2

TNS – “Petrokub” (Rumıniya) – 0:0

TNS – “Yurqorden” (İsveç) – 0:1

TNS – “Astana” (Qazaxıstan) – 2:0

TNS – “Panatinaikos” – 0:2

2025/26

TNS – “Şkendiya” (Şimali Makedoniya) – 0:0

TNS – “Differdanj 03” – 0:1

Bu da “Sabah”ın “ev”də keçirdiyi son 10 oyunun statistikası – 2 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət.

Əlavə şərhə ehtiyac var?

İyulun 14-də keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur